Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Hazırda oxunan: Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

603086

İstanbulun Sarıyer bölgəsində yaşadığı binanın 16-cı mərtəbəsindən yıxılaraq həyatını itirən tanınmış prodüser Erol Kösenin evində qeyd tapılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyəli prodüser Erol Köse öldü


Bizim.Media xəbər verir ki, Kösenin öz xətti ilə yazdığı notda: "ALS xəstəliyimə görə məcbur idim, məsuliyyət mənimdir. Pişiyimə yaxşı baxın" deyə qeyd olunub.

Köse ilə eyni evdə yaşayan dostu Mevlüt Y. polislərə bildirib ki, prodüser təxminən 3 aydır evdən çıxmırdı, psixoloji problemləri və ürək xəstəliyi var idi.

Hadisə baş verən vaxt Mevlüt Y. binanın lobbisinə düşüb və geri qayıdanda dostunu yerdə uzanmış halda görüb.

İstanbul Respublika Baş Prokurorluğu hadisə ilə bağlı rəsmi istintaq başladıb. Ölümün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq. (Milli.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO