Türkmənistanda Baş nazirin müavini Serdar Berdiməhəmmədov prezidentliyə namizəd olub.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, hazırkı dövlət başçısının oğlunun namizədliyi ölkənin Demokratlar Partiyasının növbədənkənar IX qurultayı zamanı irəli sürülüb. O, çıxış edərək zalda əyləşənlərə müraciət edib və hamıdan razılıq alıb.
Qeyd edək ki, yaşı 40-ı keçən, dövlət dilini bilən vətəndaş ölkə prezidenti ola bilər. O, həmçinin 15 il Türkmənistan ərazisində daimi yaşamalı və işləməlidir. Seçkilər nəticəsində siyasətçi 7 il müddətinə dövlət başçısı seçilir.
MÖVZU İLƏ BAĞLI:
Tokayev Berdiməhəmmədovun qərarını dəstəklədi – VƏZİFƏDƏN GEDİR?
Bundan əvvəl Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəni inkişafının yeni mərhələsində idarə etmək yolunda gənclərə yol verilməsinin vacibliyini bəyan etmişdi.
“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun dövrümüzün yüksək tələblərinə uyğun olaraq tərbiyə olunan liderlərə verilməsi fikrini dəstəkləyirəm”, deyə dövlət başçısı qeyd edib.
Bizim.Media