Aİ-nin xüsusi nümayəndəsi İRƏVANDADIR - Paşinyanla bu məsələni müzakirə etdilər

Aİ-nin xüsusi nümayəndəsi İRƏVANDADIR - Paşinyanla bu məsələni müzakirə etdilər

Hazırda oxunan: Aİ-nin xüsusi nümayəndəsi İRƏVANDADIR - Paşinyanla bu məsələni müzakirə etdilər

0:00
0:00
60124

Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla əlaqələrin inkişafı və Gürcüstandakı böhranı müzakirə edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Nikol Paşinyan Ermənistan-Avropa İttifaqı əlaqələrinin daimi inkişafının və bu istiqamətdə birgə səylərin vacibliyini qeyd edib.

Paşinyan demokratik islahatlar gündəliyinin Ermənistan hökumətinin prioritetləri arasında qalmaqda davam etdiyini vurğulayıb və əlavə edib ki, “erməni hakimiyyətinin demokratik islahatlar prosesinə sadiqliyi sarsılmazdır”.

Baş nazir və avropalı diplomat Aİ-nin Ermənistan üçün 2,6 milyard avro məbləğində investisiya paketinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. 

Bu kontekstdə Zəngəzur (Sünik) bölgəsi üçün nəzərdə tutulan 80 milyon avroluq yardım paketinin effektiv şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO