Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırıq - Paşinyan

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırıq - Paşinyan

Hazırda oxunan: Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırıq - Paşinyan

600963

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsinin təmin olunmasına hazırdır.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Ermənistan bu əlaqəni Kornidzor–Gorus–Yeqeqnadzor–Yerasx marşrutu üzrə mövcud infrastrukturdan istifadə etməklə təmin etməyi təklif edir.

Baş nazir qeyd edib ki, bu təşəbbüs Vaşinqton razılaşmalarının həyata keçirilməsini gecikdirmək və ya pozmaq məqsədi daşımır.
 

“Biz bu təklifi ona görə irəli sürürük ki, özümüz də alternativ şəkildə Azərbaycan dəmir yollarından istifadə edirik. Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanla əlaqə qurulmasını gözlədiyi kimi, biz də Naxçıvan ərazisindən keçməklə Ermənistanın cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin bərpasını gözləyirik”, – deyə Paşinyan bildirib.


O vurğulayıb ki, Ermənistan üçün bu dəmir yolu marşrutunun alternativi yoxdur. Baş nazirin sözlərinə görə, ölkənin dağlıq relyefi cənub və şimal bölgələri arasında başqa marşrutla dəmir yolu əlaqəsi qurmağa imkan vermir.

Paşinyan əlavə edib ki, Ermənistan həmçinin Gürcüstan–Azərbaycan dəmir yolundan ixrac üçün istifadə etməyi planlaşdırır və ümid edir ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətlərindən birinə çevriləcək.

O qeyd edib ki, Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir və bunun nəticəsində ölkə bazarında qiymətlər aşağı düşüb, uzun illər mövcud olan monopoliyalar zəifləyib.

Ermənistanın baş naziri sonda Gürcüstan hökumətinə Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və ümumilikdə sülh prosesinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO