“İşə götürmədiyimiz insanlar müxalifətçi olur”

“İşə götürmədiyimiz insanlar müxalifətçi olur”

Hazırda oxunan: “İşə götürmədiyimiz insanlar müxalifətçi olur”

600723

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə müxalifətlə bağlı qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, hakimiyyət tərəfindən işdən uzaqlaşdırılan və ya hökumətin prinsiplərini qəbul etməyən şəxslərin bir hissəsi sonradan müxalifət sıralarına qoşulub.
 

“İş vermədiklərimiz müxalifətçi oldular. İşdən çıxardıqlarımız müxalifətçi oldular. Prinsiplərimizi qəbul etməyən və bizim də qəbul etmədiklərimiz müxalifətçi oldular. Qanunu pozduqları üçün barələrində cinayət işi açılanlar da müxalifətçi oldular. İndi necə sübut edək ki, müxalifət meydanını biz formalaşdırmırıq”, — deyə Simonyan bildirib.


Spikerin bu sözləri Ermənistanın siyasi dairələrində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Onun açıqlaması hakimiyyətlə müxalifət arasında onsuz da gərgin olan münasibətlərin fonunda səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO