Ermənistanda axşam saatlarında güclü zəlzələ oldu – İnsanlar küçələrə çıxdılar - VİDEO

Ermənistanda axşam saatlarında güclü zəlzələ oldu – İnsanlar küçələrə çıxdılar - VİDEO

Hazırda oxunan: Ermənistanda axşam saatlarında güclü zəlzələ oldu – İnsanlar küçələrə çıxdılar - VİDEO

0:00
0:00
60003

Bazar günü axşam saatlarında Gürcüstanla sərhəddə güclü zəlzələ baş verib. Zəlzələ İrəvanın bütün rayonlarında qeydə alınıb.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, zəlzələnin təfərrüatları dəqiqləşdirilir.

Güclü yeraltı təkanlar Ermənistanın ikinci şəhəri Gümrüdə də hiss olunub. Nəşrin müxbirinin sözlərinə görə, təkanlar təxminən 5 bal olub. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar binaları tərk edərək bayıra çıxıblar.

Əldə edilən məlumata görə, zəlzələ Vanadzorda da hiss olunub. Burada da şəhər sakinləri evlərini, binalarını tərk ediblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Gümrüdən 51 kilometr şimal-şərqdə, Taşir şəhərindən 16 kilometr şərqdə Gürcüstanda olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO