“ABŞ və İsrailin İrana zərbələri beynəlxalq hüququn açıq pozuntusudur. Əgər zəruri müdaxilə edilməzsə, konflikt prosesi regional və qlobal təhlükəsizliyə ciddi təsir göstərəcək. Heç kəs belə bir prosesin yaradacağı iqtisadi və geosiyasi qeyri-müəyyənliyə dözməyəcək. Buna görə atəşin daha da alovlanmasından əvvəl söndürülməsi lazımdır”,
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, İran Türkiyənin qonşusudur:
“İran xalqı bizim qardaşlarımızdır və Türkiyə 1639-cu ildən bəri onlarla sülh içində yaşayır. Biz əsrlər boyu sülh içində yan-yana yaşamışıq. İnşallah, biz iranlı qardaşlarımızla hələ çox əsrlər boyu sülh və əmin-amanlıq içində yaşayacağıq”.
Onun sözlərinə görə, Türkiyənin prioriteti atəşin dayandırılmasını təmin etmək və dialoq üçün qapını açmaqdır.
Bizim.Media

- A-
- A
- A+
Region
21:58 / 02.03.2026
Ərdoğan: “ABŞ və İsrailin İrana zərbələri beynəlxalq hüququn açıq pozuntusudur” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “ABŞ və İsrailin İrana zərbələri beynəlxalq hüququn açıq pozuntusudur” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “ABŞ və İsrailin İrana zərbələri beynəlxalq hüququn açıq pozuntusudur” - VİDEO
599284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































