Ermənistanda zəlzələ: Təkanlar Zəngibasar şəhərində hiss olundu

Ermənistanda zəlzələ: Təkanlar Zəngibasar şəhərində hiss olundu

Hazırda oxunan: Ermənistanda zəlzələ: Təkanlar Zəngibasar şəhərində hiss olundu

598025

Fevralın 24-də yerli vaxtla saat 05:33-də Ermənistan DİN-in Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi tərəfindən 2,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, zəlzələnin episentri Zəngibasar (Masis – red.) şəhərindən 10 km cənub-şərqdə yerləşib, ocağın dərinliyi isə 10 km olub.

DİN-in Xilasetmə Xidmətindən NEWS.am agentliyinə bildirilib ki, episentrdə yeraltı təkanların gücü 2–3 bal təşkil edib, dağıntı qeydə alınmayıb.

Zəlzələ Zəngibasar şəhərində, həmçinin İmanşahlı (Mxçyan – red.) və Dvin kəndlərində 2–3 bal gücündə hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO