Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Hazırda oxunan: Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

594440

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu gün 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.
 

Qeyd edək ki, Rusiyadan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon ötən gün Ermənistan Respublikasına çatıb.


Buna qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO