Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

594432

Rusiyanın Krasnoyarsk şəhərində qız şagird məktəbdə yanğın törədərək sinif yoldaşlarına xəsarət yetirib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 153 saylı məktəbdə baş verib.

Məlumata görə, səkkizinci sinif şagirdi əvvəlcə çəkiclə sinifə girib və sinif yoldaşlarının başına vurub. Daha sonra qız sinif otağına benzin tökərək bir neçə şagirdi yandırıb.
 

Ümumilikdə beş nəfər yaralanıb. Zərərçəkənlər ilkin olaraq kürək, üz və ayaqlarından ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.


Həkimlər uşaqlara yardım edir. Yanğın söndürülüb.

Hadisəni törədən şagird saxlanılıb. O, həbs olunarkən özünə xəsarət yetirib və xəstəxanaya aparılıb.

Qızın sinif yoldaşlarının dediyinə görə, o, bu yaxınlarda özünün teleqram kanalında “Hansı müəllimi aradan götürmək istərdiniz? – Tarix müəllimi, yoxsa kimya müəllimi?” sualı ilə sorğu keçirmişdi.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO