Ermənistanın oğurlamaq istədiyi məhsula Gürcüstandan ixrac QADAĞASI   

Ermənistanın oğurlamaq istədiyi məhsula Gürcüstandan ixrac QADAĞASI   

Hazırda oxunan: Ermənistanın oğurlamaq istədiyi məhsula Gürcüstandan ixrac QADAĞASI   

59289

Gürcüstan Ermənistan istehsalı olan “matsoni” süd məhsulunun öz ərazisindən Rusiyaya tranzitinə qadağa qoyub.  

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Gürcüstanın “matsoni” adını coğrafi göstərici kimi patentləşdirib.  

İndi erməni istehsalçıları “erməni dağ yoqurtu” adı altında Gürcüstandan keçməklə Rusiyaya “matsoni” ixrac etməyə məcburdurlar.  

Qeyd edək ki, Matsoni gürcülərə məxsus fermentləşdirilmiş süd məhsuludur. Gürcüstan bu sözü 2012-ci ildə coğrafi göstərici kimi patentləşdirib. Avropa İttifaqı isə 2014-cü ildə matsonini gürcü sözü kimi tanıyıb.  

Əlavə edək ki, REAL partiyasının siyasi araşdırmalar şöbəsinin direktoru Toğrul İsgəndərli tvitter hesabından yazdığı statusda yoqurtun da türk mənşəli söz olduğunu qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO