Türkiyə İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır - KİV

Türkiyə İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır - KİV

Hazırda oxunan: Türkiyə İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır - KİV

592833

Türkiyə hökuməti müharibə və ya etirazlar baş verəcəyi təqdirdə İranla sərhəddə bufer zonası yaratmaq planı üzərində işləyir.

Bizim.Media xəbər verir ki, bu barədə "Milliyet" qəzetində məqalə dərc edilib.
 

Bildirilib ki, məqsəd, mümkün qaçqın axınını Türkiyə ərazisinə keçmədən sərhəd yaxınlığında saxlamaqdır. Hətta Türkiyənin Xarici İşlər Nazirliyi Parlamentin Xarici Əlaqələr Komissiyasının üzvlərini qapalı iclasda bu planla bağlı məlumatlandırıb.


Rəsmilər “A, B və C planları” adlanan üç fərqli ssenarini nəzərdən keçiriblər, ancaq iclasın məzmunu ilə əlaqəli əlavə təfərrüatlar açıqlanmayıb. Hesabatda Suriyadakı təcrübəyə də toxunulub.

Eyni zamanda, rəsmilər İranla hər hansı münaqişənin bölgədə böyük miqrasiya dalğasına səbəb ola biləcəyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO