“İran münaqişə istəmir, amma müharibəyə hazırlaşır” — Rza Aref

“İran münaqişə istəmir, amma müharibəyə hazırlaşır” — Rza Aref

Hazırda oxunan: “İran münaqişə istəmir, amma müharibəyə hazırlaşır” — Rza Aref

592830

“İran münaqişə istəmir, amma mümkün müharibə halı üçün ölkənin idarə olunmasına dair plan hazırlayıb”.

Bizim.Media xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti  Rza Aref bildirib.

Onun sözlərinə görə, hakimiyyət 12 günlük müharibə ssenarisi üzrə iqtisadi planı təsdiqləyib və belə bir inkişaf üçün tam hazır vəziyyətdədir.
 

Aref əlavə edib ki, hazırda hökumətin müharibə dövrü üçün həm iqtisadi, həm də idarəetmə planı mövcuddur. Bununla yanaşı, o vurğulayıb ki, Tehran münaqişəyə can atmır və müharibənin tərəfdarı deyil, lakin ölkəni müdafiə etməyə hazırdır:


“Ümid edirik ki, bu plan heç vaxt lazım olmayacaq. Biz müharibəyə başlamaq istəmirik, amma özünümüdafiədən də yayınmayacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO