Gürcüstanın əsas hava limanı keçmiş Rusiya hərbi bazasının yerində inşa ediləcək

Gürcüstanın əsas hava limanı keçmiş Rusiya hərbi bazasının yerində inşa ediləcək

Hazırda oxunan: Gürcüstanın əsas hava limanı keçmiş Rusiya hərbi bazasının yerində inşa ediləcək

592633

"Tbilisi şəhərinin yeni beynəlxalq hava limanı 2007-ci ilə qədər Rusiyanın hərbi bazalarından birinin yerləşdiyi Vaziani qəsəbəsində inşa ediləcək".

Bizim.Media "Interpressnews"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani məlumat verib.
 

"Vazianidəki hava limanının 2031-ci ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Onun tutumu Tbilisi hava limanından dörd dəfə çox olacaq və ildə 20 milyon sərnişinə xidmət göstərə biləcək", - İoseliani bildirib.


O qeyd etdi ki, Vaziani hava limanı paytaxtda yeganə olacaq. Onun açılışından sonra hazırkı Şota Rustaveli beynəlxalq hava limanı fəaliyyətini dayandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO