Paşinyandan KTMT ilə bağlı sensasion ETİRAFLAR

Paşinyandan KTMT ilə bağlı sensasion ETİRAFLAR

Hazırda oxunan: Paşinyandan KTMT ilə bağlı sensasion ETİRAFLAR

590719

Ermənistanın KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvlüyü ölkənin beynəlxalq silah bazarlarına çıxışı üçün maneələr yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Amerika İnsan Hüquqları Komissiyasının təhlükəsizlik forumunda — “Ermənistan və sülh: risklər və imkanlar kəsişməsində” adlı tədbirdə bildirib.
 

“KTMT-yə üzvlüyümüz ciddi maneə idi. Mən bunu ikinci yox, üçüncü, hətta dördüncü maneə adlandırardım, amma hər halda bu, beynəlxalq silah bazarına çıxış üçün əngəl idi”, — deyə Paşinyan qeyd edib.


O əlavə edib ki, 2022-ci ildə ölkənin yüz milyonlarla dollar dəyərində silah tədarükü üzrə müqavilələri olsa da, həmin silahlar Ermənistana çatdırılmayıb.

Eyni zamanda, baş nazir vurğulayıb ki, hakimiyyətin Ermənistan ordusunun yalnız müdafiə məqsədləri üçün və yalnız ölkənin suveren ərazisində istifadə oluna biləcəyi ilə bağlı bəyanatları nəticəsində Ermənistan beynəlxalq silah bazarlarına çıxış əldə edib.
 

Daha əvvəl Paşinyan bəyan etmişdi ki, İrəvan KTMT-də iştirakını dondurub, çünki onun iddiasına görə, təşkilat respublikanın suverenliyi üçün təhlükələr yaradıb. Ötən ilin dekabrında Ermənistanın baş naziri Ermənistan–KTMT münasibətlərinin “geri dönüş nöqtəsini” keçdiyini açıqlayıb.


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı qərarın bütün risklərini hesablayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO