Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

Hazırda oxunan: Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

590664

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi ölkədə davam edən etirazlar fonunda xalqa müraciət edib.

Bizim.Media xəbər verir ki, o “X” hesabında iranlıların yaxın zamanda azadlıqlarını qeyd edəcəklərini yazıb.

“Çox tezliklə siz İranda azadlığı birlikdə qeyd edəcəksiniz və işıq qaranlığa qalib gələcək.”
 

Onun sözlərinə görə, hakimiyyət insanların səsinin eşidilməsindən qorxaraq rabitə vasitələrini söndürüb, lakin etirazçıların mesajını boğmaq mümkün deyil. Pəhləvi etirazlar zamanı insanların həlak olması ilə bağlı yayımlanan videokadrlara da münasibət bildirərək, baş verənlərin ona “dərin ağrı” yaşatdığını vurğulayıb. O, ölənlərin ailələrinə başsağlığı verib, yaralananlara tezliklə sağalma arzulayıb.


“Qanı tökülən hər bir uşaq mənə öz övladlarımın itkisi ilə bağlı dözülməz ağrını yenidən yaşadır,” – deyə o qeyd edib.

Fərəh Pəhləvi müraciətində İranın silahlı qüvvələrini qan tökülməsinə görə məsuliyyət daşıyanlardan uzaqlaşmağa və xalqın yanında yer almağa çağırıb.

O vurğulayıb ki, heç bir maraq və ya siyasi məqsəd öz vətəndaşlarının öldürülməsinə bəraət qazandıra bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO