Misirdən havaya qalxan CASA C295 tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycan istiqamətində uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, Qahirə–Bakı marşrutu üzrə uçuş 2025-ci ilin dekabr ayının əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistan hava məkanı vasitəsilə Misirə geri qayıdıb.
Məlumatda bildirilib ki, adətən hərbi təyyarələr Türkiyə və Gürcüstan vasitəsilə Azərbaycana uçur:
“Qeyri-mülki təyyarələrin (rəsmi, o cümlədən hərbi) ölkənin hava məkanından uçuşu üçün Ermənistan Xarici İşlər Nazirliyinin ayrıca icazəsi tələb olunur".
Hadisə ilə bağlı nəşr Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayaraq uçuşun məqsədini dəqiqləşdirib. Nazirlikdən bildirilib ki, sözügedən uçuş özəl səfər xarakteri daşıyıb.
“Qahirə–Bakı reysini Ermənistanın hava məkanı üzərindən həyata keçirən təyyarə sərnişin təyyarəsi olub. O, Azərbaycana özəl qaydada səfər edən yüksək vəzifəli şəxsi çatdırıb”, – deyə Ermənistan XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Misir Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin uçuş trayektoriyası Flightradar24 portalında əks olunub.

Bizim.Media

- A-
- A
- A+
Region
11:30 / 13.01.2026
Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib – FOTO
Hazırda oxunan: Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib – FOTO
Hazırda oxunan: Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib – FOTO
590497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































