ABŞ-ın Venesuelaya hücumuna Rusiyadan SƏRT CAVAB

ABŞ-ın Venesuelaya hücumuna Rusiyadan SƏRT CAVAB

Hazırda oxunan: ABŞ-ın Venesuelaya hücumuna Rusiyadan SƏRT CAVAB

588755

"Bu səhər ABŞ Venesuelaya qarşı silahlı təcavüz aktı törədib. Bu, dərin narahatlıq doğurur".
 

MÖVZU İLƏ BAĞLI: 

ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın Venesuelaya hücum ilə bağlı bəyanatında bildirilib.

"Bu cür hərəkətləri haqlı çıxarmaq üçün istifadə edilən bəhanələr əsassızdır. Hazırkı vəziyyətdə, hər şeydən əvvəl, daha da gərginləşmənin qarşısını almaq və dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirmək vacibdir. Biz inanırıq ki, bir-birindən şikayətləri ola biləcək bütün tərəfdaşlar problemlərin həllini dialoq yolu ilə axtarmalıdırlar. Biz onları bu işdə dəstəkləməyə hazırıq", deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, Latın Amerikası 2014-cü ildə özünü elan etdiyi kimi, sülh zonası olaraq qalmalıdır:

"Venesuelanın heç bir dağıdıcı, hərbi xarici müdaxilə olmadan öz müqəddəratını təyin etmək hüququ təmin edilməlidir. Biz Venesuela xalqı ilə həmrəy olduğumuzu və ölkənin milli maraqlarını və suverenliyini qorumağa yönəlmiş Bolivar rəhbərliyinin kursunu dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz Venesuela hakimiyyətinin və Latın Amerikası ölkələri liderlərinin BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması barədə bəyanatını dəstəkləyirik.
 

Rusiyanın Karakasdakı səfirliyi mövcud vəziyyəti nəzərə alaraq normal fəaliyyət göstərir və Venesuelada yerləşən Venesuela hakimiyyəti və Rusiya vətəndaşları ilə daim əlaqə saxlayır. Hazırda Rusiya vətəndaşlarının xəsarət alması barədə heç bir məlumat yoxdur".


Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO