Türkiyə-Azərbaycan Dostluq qrupunun rəhbərindən türk deputata CAVAB  

Türkiyə-Azərbaycan Dostluq qrupunun rəhbərindən türk deputata CAVAB  

Hazırda oxunan: Türkiyə-Azərbaycan Dostluq qrupunun rəhbərindən türk deputata CAVAB  

58780

“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Aykut Ərdoğdunu Azərbaycana qarşı əsassız iddiaları səbəbindən şiddətlə qınayırıq. Belə həssas dönəmdə “bir millət, iki dövlət” fəlsəfəsinə ciddi zərər vuran ifadələrinə görə üzr istəməsini gözləyirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar öz "Twitter" hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi


O, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələr, habelə iki ölkənin dövlət başçılarına qarşı irəli sürdüyü ittihamları əsassız adlandıraraq sərt tənqid edib.

Attar digər tvitlərində də bu məsələ ilə bağlı mövqeyini ortaya qoyub. O, Azərbaycanla Türkiyə arasında tarixi bağları xatırladaraq, CHP-nin sədri Kamal Kılıcdaroğlunu da tənqid edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi də CHP-dən olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasına cavab olaraq, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcud olduğunu vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO