“Paşinyan hakimiyyətə demokratiya ideyaları ilə gəlmişdi, indi isə...” - Ermənistanın keçmiş naziri 

“Paşinyan hakimiyyətə demokratiya ideyaları ilə gəlmişdi, indi isə...” - Ermənistanın keçmiş naziri 

Hazırda oxunan: “Paşinyan hakimiyyətə demokratiya ideyaları ilə gəlmişdi, indi isə...” - Ermənistanın keçmiş naziri 

0:00
0:00
58646

Baş nazir Nikol Paşinyan ətrafında hakimiyyətin həddən artıq təhlükəli cəmləşməsi müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin birinci xarici işlər naziri Raffi Ovannisyan “Sputnik Ermənistan”ın ofisində keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hazırda istər onun partiyasından olan siyasətçilər, istərsə də müstəqil analitiklər Paşinyanla ziddiyyət təşkil etməyə cürət etmirlər:

“Bizim üçün vacib və taleyüklü mərhələyə qədəm qoyuruq, o zaman azad və müstəqil cəmiyyətin öz hüquqları uğrunda mübarizə aparması lazımdır”.

Ovannisyan hakimiyyətin ölkənin azadlığını və suverenliyini təhdid etdiyinə diqqət çəkib:

“Cəmiyyət bu dəyərlərin müdafiəsinə qalxmalıdır. Əvvəlki hakimiyyət feodalizmi xatırladırdısa, indi bir nəfər təkbaşına idarə edir. Bu, kökündən yanlışdır, çünki o, (Paşinyan nəzərdə tutulur) hakimiyyətə demokratiya və qanunçuluq ideyalarını bəyan edərək gəlib”, - Ovannisyan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO