Ermənistan ordusundakı problemlər AÇIQLANDI: “Dedovşina”, zorakılıq, zabit-əsgər münasibətləri...

Ermənistan ordusundakı problemlər AÇIQLANDI: “Dedovşina”, zorakılıq, zabit-əsgər münasibətləri...

Hazırda oxunan: Ermənistan ordusundakı problemlər AÇIQLANDI: “Dedovşina”, zorakılıq, zabit-əsgər münasibətləri...

58632

Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan yenidən Ermənistan ordusundakı ciddi problemlərdən yazıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində müvafiq qeyd yazıb.

“Qafanda yerləşən hərbi hissələrdən birində qeydiyyatda olan və mətbuatda fəal surətdə əks olunan insidentdə hərbçiyə qarşı zorakılıq tətbiq edilməsi, ona xəsarət yetirilməsinin təfərrüatları ciddi narahatlıq doğurur.

Səbəb kimi bir vaxtlar hərbi hissələrdə olan münaqişələr göstərilir və son illər belə hallara rast gəlinmədiyi bildirilir. 

Başa düşdüyümə görə, hərbçi hazırda hərbi hissədən kənardadır, ailəsi onu hərbi hissəyə qaytarmaqdan imtina edir.

Deməli, orduda “dedovşina” zəminində baş verən hadisələr davam edir və Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi bu istiqamətdə gözə çarpan, müvafiq tədbirlər görmür.

Üstəlik müvafiq struktur və bölmələr təhlil aparıb, lakin ordu rəhbərliyi bunu əsas kimi qəbul etmir, ona görə də lazımi tədbirlər həyata keçirmir.
Dediklərimin əsası ondan ibarətdir ki, Ermənistan parlamentində keçirilən son hökumət saatında müdafiə naziri bunu dolayısı ilə qeyd etdi, bu olaya analizin verildiyini dedi, amma hələ də bu insidentə birmənalı yanaşmır.

İkincisi, cəmiyyətdən ötürülən bu cür neqativ hallar orduya təsir edir.
Müxtəlif mərhələlərdə onların qarşısının alınması üçün mexanizmlərdən istifadə edilib, lakin bu, uğursuzluqla nəticələnib.

Bu hadisədə zərərçəkmiş şəxs qismində təmsil olunan ayrı-ayrı hərbi qulluqçuların, zabitlərin və ya hərbçinin hansı şəraitdə iştirak etməsindən asılı olmayaraq, bu, sistemli problemdir, onu epizodik və ya aralıq formada həll etmək olmaz.

Üçüncüsü, zabit-əsgər münasibətlərində balans pozulub və bu halda belə hadisələr qaçılmazdır.

İctimaiyyətə təqdim etmək istədiyim başqa səbəblər də var, ancaq onlara toxunmayacağam”, - deyə müxalifət lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO