Azərbaycan benzininin Ermənistana tədarükü fasiləsiz olacaq – Erməni nazir

Azərbaycan benzininin Ermənistana tədarükü fasiləsiz olacaq – Erməni nazir

Hazırda oxunan: Azərbaycan benzininin Ermənistana tədarükü fasiləsiz olacaq – Erməni nazir

586243

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycanın benzin tədarükünün Ermənistana fasiləsiz həyata keçiriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

“Niyyətimiz biznesi müharibə yox, ticarət aparıla bilən bir müstəviyə çıxarmaq idi. Müharibə qurbanlar və itkilər gətirir, ticarət isə rifah yaradır”, — deyə Papoyan vurğulayıb.

Azərbaycan benzininin fasiləsiz tədarükü ilə bağlı aydın razılaşma olub-olmaması sualına nazir müsbət cavab verib.

“Əlbəttə, razılaşma var, lakin bu, gələcək bazar şərtlərindən asılı olacaq”, — deyə o qeyd edib.

Bununla belə, erməni nazir Azərbaycan benzininin Ermənistan bazarında hansı qiymətə satılacağını deyə bilməyib:

“Hazırda demək çətindir. İlk tədarük zamanı qiymətlər qeyri-standartdır, görünür, növbəti tədarük də qeyri-standart olacaq. Daha sabit və aydın bazar konfiqurasiyası formalaşdıqdan sonra hər şeyi dəqiq deyə biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO