“Iran Air” şirkətində XAOS: Xarici hava limanlarına 15 milyon dollar borcu var

“Iran Air” şirkətində XAOS: Xarici hava limanlarına 15 milyon dollar borcu var

Hazırda oxunan: “Iran Air” şirkətində XAOS: Xarici hava limanlarına 15 milyon dollar borcu var

586076

Dünən İran Hava Yolları Şirkətinin (Iran Air) baş direktoru Tahir Əbdülhəy bildirib ki, şirkətin İstanbul, Nəcəf, Dubay, Ciddə, Dammam, Doha və digər yaxın region hava limanlarına ümumilikdə 15 milyon dollar borcu var.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı yazıb.
 

Onun sözlərinə görə, sanksiyalar səbəbindən ehtiyat hissələri, yanacaq, sığorta və lizinq sahələrində ciddi çətinliklər yaranıb, Avropa istiqamətində uçuşlar isə siyasi səbəblərlə dayandırılıb. Borcların ödənilməsinə dekabr ayının əvvəlindən başlanılıb və İstanbula uçuşların bərpası gözlənilir.


Əbdülhəy qeyd edib ki, Iran Air yanacaq üzrə isə 300 milyard tümən borcludur.

Şirkət aylıq maaş xərcləri üçün 600 milyard tümən ödəyir və bu məbləğin gələn il 700 milyard tümənə çatacağı gözlənilir. O, mövcud bilet qiymətlərinin “real” olduğunu və qiymətlər saxlanılmasa, təyyarə parkının azalacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO