İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

Hazırda oxunan: İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

585987

“Çillə gecəsi” adlı mədəni proqram zamanı Urmiya Universitetində min nəfərdən çox tələbə birgə “Azərbaycan” şüarını səsləndirib.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu kollektiv çağırış universitet mühitində Azərbaycan xalqının kimliyi, mədəniyyəti və tarixi məsələlərinə diqqət çəkən mühüm siqnal kimi qiymətləndirilir.
 

Paylaşımda qeyd olunur ki, tədbir mədəni laqeydliyə və kimlik müxtəlifliyinin yetərincə nəzərə alınmamasına qarşı dinc aksiya kimi təqdim olunub.


Tələbələr vurğulayıblar ki, universitet təkcə təhsil məkanı deyil, eyni zamanda mədəni maarifləndirmə və ədalət tələblərinin ifadə olunduğu bir platformadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO