Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

585776

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenant Naira Gevorqyanın 7–8 dekabr tarixlərində “Meğri” hərbi hissəsinə hücum cəhdinin olduğu və bu cəhdin Ermənistan Silahlı Qüvvələri tərəfindən dəf edildiyi barədə bəyanatını təkzib edib. Naira Gevorqyan həmçinin iddia etmişdi ki, guya yuxarı rütbəli komandir tərəfindən “atəş açmamaq” əmri verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

«Adı çəkilən, yumşaq desək, Silahlı Qüvvələrdə rüsvayçı xidmət yolu ilə “fərqlənmiş” şəxsin açıqlaması təkcə dezinformasiya deyil, eyni zamanda Ermənistan Respublikasına, onun dövlət institutlarına və ordusuna qarşı yönəlmiş növbəti uğursuz və iflasa uğramış informasiya hücumu cəhdidir.

Kütləvi informasiya vasitələrində çalışan tərəfdaşları bu cür uydurmaların yenidən dərc edilməsindən çəkinməyə və Ermənistan Respublikası ətrafında hibrid təhdidlərin yaradılmasına yönəlmiş qınanılası prosesə cəlb olunmamağa çağırırıq», — deyə nazirliyin bəyanatında bildirilir.

Qurum bu şayiələri “hibrid təhdidlər” kimi qiymətləndirir və hüquq-mühafizə orqanlarının müvafiq reaksiya göstərəcəyinə ümid etdiyini vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO