Ermənistanda hərbi hissələrdən birində xidmət edən əsgər Smbat Kirakosyan odlu silah yarası ilə ölü vəziyyətdə tapılıb.
Bizim.Media xəbər verir ki, Ermənistan müdafiə maziri Suren Papikyan jurnalistlərə açıqlamasında insidentə münasibət bildirib.
O, ölümlə nəticələnən hadisənin təfərrüatları barədə şərh verməyib.
Nazirin sözlərinə görə, istintaqa mane olmamaq üçün hüquq-mühafizə orqanları araşdırma aparır və zərurət olduqda lazımi məlumatı təqdim edəcəklər.
Xatırladaq ki, ölüm hadisəsi dekabrın 12-də saat 16:00 radələrində qeydə alınıb.
Bizim.Media





























































































