Ermənistanın bir sıra bölgələri qaranlığa qərq oldu

Ermənistanın bir sıra bölgələri qaranlığa qərq oldu

Hazırda oxunan: Ermənistanın bir sıra bölgələri qaranlığa qərq oldu

585470

Əlverişsiz hava şəraiti səbəbindən Ermənistanın bir neçə vilayətinin sakinləri elektrik enerjisiz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” (EŞA) şirkətinin mətbuat xidməti məlumat yayıb.
 

Elektrik enerjisinin verilməsində fasilələr Araqatsotn, Geğarkunik, Lori və Armavir vilayətlərində, Kotayk vilayətində, həmçinin İrəvanın bəzi rayonlarında qeydə alınıb. Elektrik təchizatındakı problemlərin əsas səbəbi güclü külək olub.


Şirkətdən bildirilib ki, hava şəraitinin fəsadlarının aradan qaldırılması və enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO