Ərdoğan: “Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil”

Ərdoğan: “Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil”

Hazırda oxunan: Ərdoğan: “Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil”

585336

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib.

"Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik", o deyib.

R.T.Ərdoğan onu da bildirib ki, Qara dəniz qisas meydanına çevrilməməlidir:

"Belə bir vəziyyət Rusiya və Ukraynaya yalnız zərər verər, heç bir fayda gətirməz.Qara dənizdə dənizçilik və naviqasiya təhlükəsizliyinə hamının ehtiyacı var. Bu mütləq təmin edilməlidir".

R.T.Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın da prosesdə iştirakına diqqət çəkib.

"Trampın fəal rol alması ilə yanaşı, biz də ABŞ-ni təşviq edirik. Xarici işlər naziri Hakan Fidanın ABŞ-dəki aidiyyəti şəxslərlə daimi əlaqəsi davam edir. Biz də zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə keçirdiyimiz bu görüşdən sonra, inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını dəyərləndirmək imkanı taparıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO