Bu gün İranda, Zahidan şəhərinin Lar bölgəsində SEPAH-a məxsus avtomobillərə silahlı hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Halvəş” Teleqram kanalı yayıb.
Məlumata görə, hücum zamanı bölgədə fəaliyyət göstərən əməliyyat bölməsinin komandiri də daxil olmaqla bir neçə SEPAH əməkdaşı ölüb.
SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi isə insident nəticəsində ən azı 3 zabitin öldürüldüyünü açıqlayıb.
Hücumu törədənlərin kimliyi və itkilərin yekun sayı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bizim.Media



























































































