Lavrov: “Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil”

Lavrov: “Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil”

Hazırda oxunan: Lavrov: “Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil”

584803

Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, lakin Avropanın hərbi kontingentlərinin Ukraynaya yerləşdirilməsi halında Moskva adekvat cavab verəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında çıxışı zamanı bildirib.
 

«Dövlət başçımız Vladimir Putin dəfələrlə qeyd edib ki, biz Avropa ilə müharibə etmək niyyətində deyilik. Belə bir düşüncəmiz də yoxdur.


Amma Ukraynaya Avropa hərbi kontingentlərinin yerləşdirilməsi və ya Rusiya aktivlərinin müsadirəsi kimi düşmənçilik addımlarına biz cavab verəcəyik. Və bu cavaba biz artıq hazırıq», — deyə Lavrov bildirib.

Lavrov qeyd edib ki, Moskva ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin dialoq yolu ilə həllinə yönəlmiş təşəbbüsünü yüksək qiymətləndirir.
 

«Biz prezident Trampın dialoq qurmaq və Ukrayna konfliktini siyasi-diplomatik yollarla həll etmək istəyini yüksək qiymətləndiririk.

 

Müvafiq təkliflərin müzakirəsi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri zamanı davam etdirildi. İşin davam etdirilməsi barədə razılıq əldə olunub», — deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO