Ermənistanda keçmiş XİN əməkdaşının həbs müddəti uzadıldı – CASUSLUQ EDİB?

Ermənistanda keçmiş XİN əməkdaşının həbs müddəti uzadıldı – CASUSLUQ EDİB?

Hazırda oxunan: Ermənistanda keçmiş XİN əməkdaşının həbs müddəti uzadıldı – CASUSLUQ EDİB?

584799

Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Aşxen Aleksanyanın həbs müddəti uzadılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş


Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Tavros Gevorgyan bildirib.

Dövlət xəyanəti ittihamı ilə təqsirləndirilən şəxsin həbs müddəti 50 gün artırılıb. Beləliklə, o, 30 yanvaradək həbsdə qalacaq.

Məhkəmə qərarı 2 dekabr tarixində çıxarılıb, yeni müddət isə 10 dekabrdan hesablanır.
 

Qeyd edək ki, diplomatik işçinin saxlanılması barədə məlumat 29 avqust tarixində yayılmışdı. Onu guya Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham ediblər.


Həmin gün Ermənistan İstintaq Komitəsi Aleksanyana qarşı dövlət xəyanəti maddəsi ilə cinayət işi açıldığını təsdiqləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO