Xerson yenə Rusiya dronunun hücumuna məruz qaldı – FOTO

Xerson yenə Rusiya dronunun hücumuna məruz qaldı – FOTO

Hazırda oxunan: Xerson yenə Rusiya dronunun hücumuna məruz qaldı – FOTO

584791

Xersonda gecə və səhər saatlarında Rusiya dronlarının endirdiyi zərbələr nəticəsində iki nəfər xəsarət alıb, mülki infrastruktur zədələnib.

Bizim.Media xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, gecə saat 23:00 radələrində Dnepr rayonunda 48 yaşlı kişi partlayış travması, beyin silkələnməsi və baş, bədən, qol və ayaqlarda çoxsaylı qəlpə yaraları alıb.

O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 

Səhər Korabel rayonuna endirilən zərbə supermarketə, çoxmərtəbəli binalara və avtomobilə ziyan vurub.


Hücum zamanı 52 yaşlı qadın beyin silkələnməsi, qapalı kəllə-beyin travması və üzündə, belində qəlpə yaraları alaraq xəsarətlənib. O da orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO