Gürcüstana gedənlərin NƏZƏRİNƏ: Yanvarın 1-dən...

Gürcüstana gedənlərin NƏZƏRİNƏ: Yanvarın 1-dən...

Hazırda oxunan: Gürcüstana gedənlərin NƏZƏRİNƏ: Yanvarın 1-dən...

584553

Gürcüstanda 1 yanvar 2026-cı ildən etibarən ölkəyə giriş qaydaları dəyişir.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. 

Belə ki, ölkəyə daxil olan bütün əcnəbi vətəndaşlar etibarlı tibbi sığortaya malik olmalıdırlar.

Məlumata görə, sığorta məbləği minimum 30 min lari (təxminən 18 600 manat) təşkil etməlidir. Sığortanın təqdim olunmaması sərhəddə ölkəyə buraxılmama və ya əlavə tələblərin irəli sürülməsi üçün əsas ola bilər.

Qeyd edilir ki, sığorta ən azı 5 min lari məbləğində təcili ambulator xidmətləri, 30 min lari həcmində isə stasionar müalicəni əhatə etməlidir. Bu vəsaitə qəza, travma, qəfil xəstəlik və tibbi evakuasiya kimi halların qarşılanması daxildir.

Sənəd ölkəyə giriş anından etibarən bütün qalma müddətini əhatə etməlidir. Üstəlik, həm hava limanlarında, həm də quru sərhəd keçid məntəqələrində sərhədçilər tərəfindən müvafiq sənəd tələb oluna bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO