65 deputat tərəfindən yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan Ermənistanda prezident seçkilərinin mart ayında keçiriləcəyini elan edib.
“Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam şəkildə yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, -
Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryana müraciət edərək deyib.
Baş nazir bildirib ki, Xaçatryanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, namizədin prezident seçiləcəyinə inam yaradır.
Qedy edək ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:02 / 03.02.2022
Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək – DETALLAR
Hazırda oxunan: Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək – DETALLAR
Hazırda oxunan: Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək – DETALLAR
58432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.