Xaçatryan HƏBS OLUNDU

Xaçatryan HƏBS OLUNDU

Hazırda oxunan: Xaçatryan HƏBS OLUNDU

583989

Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim istintaqın bununla bağlı vəsatətini təmin edib.
 

Müstəntiqlərin məlumatına görə, 2018-ci ildə yepiskop kiməsə bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik atmağı tapşırıb. Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.


Lakin onun vəkil qeyd edib ki, Arşak Xaçatryana qarşı irəli sürülən ittihamın (narkotik qaçaqmalçılığı) istintaqın özünün təsvir etdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur.

Qeyd etmək lazımdır ki, bu, Erməni Kilsəsinin nəzarətə alınan dördüncü yüksək rütbəli iyerarxıdır.

Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapahyan və Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtıç Proşyandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO