Ermənistanın baş naziri Nikol Paşinyan opponentlərini (siyasi rəqib) tənqid edərkən artıq söyüşlərdən istifadə etməmək qərarına gəlib və tərəfdarlarını da eyni addımı atmağa çağırıb.
Bizim.Media xəbər verir ki, erməni baş nazir sosial şəbəkələrdə hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün etik davranış kodeksinin qəbul edildiyini bildirib.
Bu sənəddə partiya üzvləri üçün “yeni standartlar” və davranış modelləri müəyyən olunub.
Bundan belə onlar təhqirlərə və ya qeyri-etik ifadələrə təhqirlə cavab verməməlidirlər.
Paşinyanın sözlərinə görə, bu yeni davranış zəiflik əlaməti deyil, “davranış kodeksinin ən yaxşı standartlarına sadiqlik”dir.
Bundan əvvəl həm baş nazirin, həm də komanda üzvlərinin sosial şəbəkələrdəki sərt paylaşımları cəmiyyətdə dəfələrlə mənfi reaksiyalara səbəb olub.(Mənbə: Sputnik Ermənistan)
Bizim.Media

- A-
- A
- A+
Region
09:48 / 02.12.2025
Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK
Hazırda oxunan: Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK
Hazırda oxunan: Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK
583416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































