Gürcüstandakı səfirliyimiz Azərbaycan vətəndaşlarına və bu ölkədəki soydaşlarımıza müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə Azərbaycana səfər etmək istəyən, həmçinin səfirliyin xidmətlərindən yararlanmaq istəyən vətəndaşlara saxta sənədlərlə bunu təmin edəcəyini vəd verən işbazlara inanmamaq, dərhal səfirliyə məlumat vermək xahiş edilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yaydı
"Səfirliyə daxil olan məlumatlara əsasən, son vaxtlar Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycana getmələrinin təmin olunacağı vəd olunur.
Bununla əlaqədar olaraq, Azərbaycana getmək üçün və ya səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, xahiş olunur səfirliyə dərhal məlumat verəsiniz", - deyə müraciətdə qeyd edilib.
Bizim.Media