Xəbər verdiyimiz kimi, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri şəhid olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, şəhid hərbçilərdən biri də mayor Serdar Usludur.
Onun şəhid olması xəbəri Bursada yaşayan ailəsinə çatdırılıb. Məlumata görə, şəhidin həyat yoldaşı hamilədir və 4 aydan sonra övladı dünyaya gələcək.
Şəhidin evinin qarşısına Türkiyə bayrağı asılıb.
Bizim.Media






























































































