Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Ayka Sarkisyan və Andranik Köçəryan arasında münasibətlər yenidən gərginləşib.
Bizim.Media “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, növbəti insident Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının qapalı iclasında baş verib. Komissiyaya Köçəryan sədrlik edir.
2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar arasında mübahisə yaranıb. Köçəryan Sarkisyandan noutbukunu yığışdırmağı tələb edib, çünki zalda yazı funksiyası olan cihazların istifadəsi qadağandır. Sarkisyan tələbi yerinə yetirməkdən imtina edib və tərəflər arasında söz davası düşüb. İclas Sarkisyan zalı tərk edənədək dayandırılıb.
Qəzetin məlumatına görə, deputatlar arasındakı gərginlik uzunmüddətlidir. Bildirilir ki, Sarkisyan dəfələrlə Köçəryanla bağlı baş nazir Nikol Paşinyana şikayət edib, Köçəryan isə açıq narazılıq göstərərək həmkarına qarşı sərt ifadələr işlətməkdən çəkinmir.
Köçəryanın parlament sədri Alen Simonyanla münasibətləri də gərgindir. Mənbələrin bildirdiyinə görə, 27 oktyabrda keçirilən anım tədbirində deputat spikeri nümayişkaranə şəkildə görməzlikdən gəlib. Qəzet yazır ki, münaqişənin səbəbi Simonyanın 44 günlük müharibənin səbəblərini araşdıran parlament komissiyasının hesabatını plenar iclasa çıxarmamaq və onu arxivə göndərmək qərarı olub.
Məlumatlara görə, Köçəryan dar çevrədə bildirib ki, hesabatı növbəti çağırış parlamentdə təqdim edəcək. Simonyanın tərəfdarları isə iddia edirlər ki, yeni tərkibli parlamentdə Köçəryan üçün yer olmayacaq, onu hesabatla birlikdə arxivə göndərəcəklər.
Bizim.Media

- A-
 - A
 - A+
 
Region
							10:28 / 04.11.2025
							
						“Paşinyanın deputatları” arasında QALMAQAL: Andranik Köçəryan arxivə göndərilir?
						
							
								Hazırda oxunan: “Paşinyanın deputatları” arasında QALMAQAL: Andranik Köçəryan arxivə göndərilir?							
						
					
					
					
								Hazırda oxunan: “Paşinyanın deputatları” arasında QALMAQAL: Andranik Köçəryan arxivə göndərilir?							
						578777
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					





























































































