Son bir il ərzində neçə suriyalı qaçqın Türkiyəni TƏRK EDİB?

Son bir il ərzində neçə suriyalı qaçqın Türkiyəni TƏRK EDİB?

Hazırda oxunan: Son bir il ərzində neçə suriyalı qaçqın Türkiyəni TƏRK EDİB?

578441

2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən bəri təxminən 550 000 suriyalı qaçqın Türkiyədən könüllü olaraq vətənlərinə qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sərhədyanı Kilis vilayətinə səfəri zamanı bildirib ki, 2016-cı ildən bəri Türkiyədən Suriyaya 1,29 milyon insan qayıdıb:

"Əsas prioritetimiz suriyalı qardaşlarımızın ləyaqətli və təhlükəsiz qayıtmasını təmin etməkdir".
 

O, Suriya münaqişəsinin başlanğıcından Türkiyənin humanitar prinsipləri və qaçqınların hüquqlarına hörmətlə yanaşmasını rəhbər tutduğunu vurğulayıb.


"Ankaranın qeyri-qanuni miqrasiyaya yanaşması bütün dünya üçün nümunəyə çevrilib", - nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO