“Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub”.
Bizim.Media xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda məlumat verib.
“Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Bu hadisə bir daha Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini göstərir.
Litva Xarici İşlər Nazirliyi Rusiyanın səfirlik nümayəndələrini çağıraraq, bu məsuliyyətsiz və təhlükəli davranışa etiraz bildirəcək,” — deyə Litva prezidenti bildirib.
Bizim.Media