“Trampla Macarıstanda keçirilməsi planlaşdırılan görüş ləğv edilməyib, təxirə salınıb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Trampla Budapeştdəki görüşü və ABŞ liderinin bəyanatını şərh edən bildirib.
Putinin sözlərinə görə, sammitin Budapeştdə keçirilməsini Amerika tərəfi təklif edib və o, bu ideya ilə razılaşıb:
“Lakin hazırlıqsız, sadəcə belə görüşmək səhv olardı, çünki bu halda görüş gözlənilən nəticəni verməzdi”.
Putin bildirib ki, Tramp da bu fikirlə razılaşıb. Onun sözlərinə görə, tərəflər razılaşıblar ki, sammitin hazırlığına ilk olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio başlamalıdırlar.
“İndi görürəm ki, ABŞ prezidenti bu görüşü ya ləğv edib, ya da təxirə salmaq qərarına gəlib, daha çox təxirə salmaqdan danışır.
Nə demək olar? Dialoq həmişə qarşıdurmadan, mübahisədən, xüsusilə də müharibədən daha yaxşıdır,” — deyə Putin qeyd edib.
Qeyd edək ki, ötən gecə ABŞ lideri Macarıstanda keçirilməli olan danışıqların ləğv edildiyini açıqlayıb. Bu, iki prezidentin 16 oktyabrda Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığından təxminən bir həftə sonra baş verib.
Tramp bildirib ki, görüşü indi keçirmək düzgün olmazdı:
“Mənə elə gəldi ki, biz istədiyimiz nəticəyə çatmayacaqdıq. Buna görə də görüşü ləğv etdim”.
Bizim.Media