Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili illərlə qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
"Bu gün Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili dindirilib. O, istintaqla tam əməkdaşlıq edir və uzun illər qanunsuz gəlir əldə etdiyini etiraf edib", – Gürcüstan DTX-nin brifinqində bildirilib.
Qeyd edək ki, ötən həftə Gürcüstan Baş Prokurorluğu İrakli Qaribaşvilinin, Gürcüstan DTX-nin sabiq rəhbəri Liluaşvilinin və keçmiş baş prokuror Parçxaladzenin evlərində axtarışlar aparmışdı.
Axtarışlar zamanı zinət əşyaları, bahalı rəsm əsərləri, pul və sənədlər müsadirə edilib.
Bizim.Media