“Katolikos II Qaregini tanımaqdan imtina edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
“Katolikos kimdir? Mən elə bir adam tanımıram. O, öz andını pozub,” — deyə Simonyan bildirib.
Jurnalistlərin “Eçmiədzin keşiş Aram Asatryanı ruhani rütbəsindən məhrum edib, buna görə o, artıq Erməni Apostol Kilsəsi adından ibadət apara bilməz” sözlərinə cavabında Simonyan həmin qurumu legitim hesab etmədiyini deyib.
“Bu, legitim olmayan bir qurumdur. Ktriç Nersisyan (II Qaregin — red.) başa düşməlidir ki, “evlərimizə yaxınlaşırlar”, qoy vəziyyəti son həddə çatdırmasın... Onsuz da gedəcək,” — deyə Simonyan cavab verib.
Bizim.Media