Pezeşkianın oğlu: "Atam var gücü ilə işləyir, amma onu başa düşmürlər"

Pezeşkianın oğlu: "Atam var gücü ilə işləyir, amma onu başa düşmürlər"

Hazırda oxunan: Pezeşkianın oğlu: "Atam var gücü ilə işləyir, amma onu başa düşmürlər"

576623

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
 

Yusif Pezeşkian bildirib ki, ölkədə nöqsanları və problemləri etiraf etmək islahatın başlanğıcıdır və prezident bu məsələdə dürüstlük nümayiş etdirir.


Onun sözlərinə görə, Pezeşkianın planı və gələcəyə baxışı var, ümidi var, ancaq onun ideyaları ictimaiyyətə düzgün çatdırılmır.

"Prezidentin intellektual paradiqması onu tənqid edənlərin baxışından fərqlidir", - deyə Y.Pezeşkian yazıb.
 

O, əlavə edib ki, ölkədə problemlərin həlli üçün hökumət, parlament, məhkəmə, dini qurumlar və xalqın iştirakı vacibdir.


"Təkrarlanan üsullarla yeni nəticə gözləmək olmaz. Hərəkət yaratmaq üçün bəzən sistemin müəyyən yerlərini silkələmək lazımdır", - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO