Bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü meriyasının binasına gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri yayıblar.
Nəticədə Gümrü meri Vardan Qukasyan saxlanılıb. Onun köməkçisinin sözlərinə görə, təxminən 60–70 nəfər xüsusi təyinatlı maskalı şəxs meriyanın binasına soxulub, Qukasyanı yerə yıxaraq saxlayıblar.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Gümrü meriyasında istintaq hərəkətləri cinayət işi çərçivəsində aparılıb.
Bizim.Media