Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşdü

Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşdü

Hazırda oxunan: Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşdü

576125

Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, görüş Hakan Fidanın Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda keçiriləcək xarici işlər nazirlərinin iclasında iştirak üçün getdiyi Lüksemburqda baş tutub.

Görüşün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq sözügedən iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO