Ermənistanda yük maşınlarının sürücüləri miqrasiya probleminin həll olunmayacağı halda yolları bağlayacaqlarını bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Ermənistanda yükdaşıma ilə məşğul olan sürücülər hökumət binası önündə etiraz aksiyası keçiriblər. Onlar Rusiyaya giriş üçün miqrasiya məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edirlər.
Aksiya iştirakçıları hökumətdən problemin həlli üçün dəqiq müddət və mexanizm açıqlanmasını istəyiblər.
Sürücülərin sözlərinə görə, iqtisadiyyat naziri Gevork Papoyan daha əvvəl bu məsələni həll edəcəyi barədə vədlər versə də, indiyədək heç bir real addım atılmayıb.
Etirazçılar xəbərdarlıq ediblər ki, tələbləri cavabsız qaldığı təqdirdə, ölkənin əsas magistral yollarını bağlayacaqlar.
Bizim.Media

- A-
- A
- A+
Region
14:31 / 16.10.2025
Ermənistanda yük maşınlarının sürücülərini Rusiyanın miqrasiya planına ETİRAZ ETDİLƏR
Hazırda oxunan: Ermənistanda yük maşınlarının sürücülərini Rusiyanın miqrasiya planına ETİRAZ ETDİLƏR
Hazırda oxunan: Ermənistanda yük maşınlarının sürücülərini Rusiyanın miqrasiya planına ETİRAZ ETDİLƏR
575608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.