İran gəmiləri Azərbaycana gəldi - Xəzərdə birgə təlim olacaq – FOTO

İran gəmiləri Azərbaycana gəldi - Xəzərdə birgə təlim olacaq – FOTO

Hazırda oxunan: İran gəmiləri Azərbaycana gəldi - Xəzərdə birgə təlim olacaq – FOTO

575463

Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.
 

Sonra İran İslam Respublikası Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZIREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.


Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO