Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı – FOTO

Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı – FOTO

Hazırda oxunan: Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı – FOTO

575411

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, əfqanların qanunsuz olaraq, gizli Kocaeli şəhərinə daşınması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Əvvəlcə Düzce rayonunda iki minik avtomobili müəyyən olunub və həmin maşınlarla qanunsuz miqrasiyanı təşkil edən 2 nəfər, həmçinin 6 əfqan saxlanılıb. Sonra əməliyyat daha da genişləndirilib.
 

Nəticədə əfqanları Türkiyəyə daşıyan cinayətkar qruplaşmanın Azərbaycan nömrəli TIR-la bu işi gördüyü məlum olub. Avtomobilin sürücüsü M.A. Karabükün Eskipazar qəsəbəsində saxlanılıb.


Məhkəmə qərarı ilə hər 3 şəxs həbs edilərək, həbsxanaya göndərilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO